Pardyu Niderland klubunda

Son olaraq “Vest Bromviç”i çalışdıran Alan Pardyunun yeni iş yeri bilinib.

Komanda.az xəbər verir ki, 58 yaşlı mütəxəssis Niderlandın “Den Haaq” klubuna baş məşqçi təyin olunub. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Pardyu mövsümün sonuna qədər “Den Haaq”ı çalışdıracaq.

Karyerası ərzində “Çarlton”, “Sanderlend”, “Sauthempton”, “Kristal Pelas”, “Nyukasl” kimi komandaları çalışdıran Pardyunun son iş yeri “Vest Bromviç” olub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button