Mourinyo da vergidən yayındığını boynuna aldı
İspaniyada vergidən yayınanların sırasına Joze Mourinyo da daxil olub.
Komanda.az xəbər verir ki, bir müddət öncə İngiltərənin “Mançester Yunayted” klubundan istefaya göndərilən portuqaliyalı mütəxəssis Madrid “Real”ını çalışdırdığı dövrdə (2011/12) vergidən yayındığını etiraf edib.
Məlum olub ki, sözügedən məşqçi gəlirlərinin bir hissəsini ofşor hesablara yönəltməklə vergidən yayınıb. Bunu sübuta yetirən məhkəmə Mourinyoya 1 illik həbs cəzası kəsib. Lakin İspaniya qanunlarına görə, həbs müddəti 2 ildən az olan şəxslər bunun əvəzində müəyyən məbləğ ödəməklə dəmir barmaqlıqlar arasına girməkdən yaxa qurtara bilirlər. Portuqaliyalı mütəxəssis də 3,3 milyon avro cərimə ödəyəcək.
Xatırladaq ki, bu ilin yanvar ayında “Real”ın sabiq futbolçusu Kristiano Ronaldo da oxşar səbəbdən 18,8 milyon avroluq cərimə ödəməklə həbsə düşməkdən qurtulmuşdu.
Mourinyo məşqçilik karyerası ərzində “Çelsi”, “İnter”, “Real” ə “Portu” ilə ölkə çempionu olub. O, 2014-cü ildə “Portu”ya, 2010-cu ildə isə Çempionlar Liqasının baş mükafatını qazandırıb.
Bizi Facebook-da izləyin