Almeyda “Qarabağ”dan ayrılır? – Müsahibə
Braziliyalı futbolçu Riçard Almeyda “Qarabağ”dan ayrılmağa hazırlaşır.
Komanda.az xəbər verir ki, bu barədə 30 yaşlı yarımmüdafiəçi “sports.kz” saytına müsahibəsində deyib.:
- Riçard, “Qarabağ”dan ayrılacağınla bağlı xəbərlər var.
- Bəli, elədir.
- “Astana”ya qayıdırsan?
- Biz “Astana” ilə razılaşdıq və müqaviləyə xitam verdik.
- Bu nə zaman baş verdi?
- 3-4 ay əvvəl.
- Özünə yeni klub tapmısan?
- Menecerim artıq bir neçə klubla danışıqlar aparıb, ancaq hələ qərar verməmişəm. İndi tətildəyəm. Bir neçə gündən sonra qərarımı verəcəm.
- Maraqlıdır, görəsən bu klublar arasında Qazaxıstan təmsilçiləri varmı?
- İndiyə qədər yox. Çünki hələ Qazaxıstandan heç bir klub mənim menecerimlə danışmayıb.
2019-cu ilin yanvarında “Qarabağ”a keçən Almeydanın müqaviləsi dekabrın 31-nə qədərdir. Braziliyalı yarımmüdafiəçi yanvarın 1-dən azad agent olacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin