Ayxan Abbasov: “Vuruşmağa söz vermişik”
“Sumqayıt”ın baş məşqçisi Ayxan Abbasov Azərbaycan kubokunun 1/4 final mərhələsi çərçivəsində “Neftçi”yə qarşı keçirdikləri ilk oyunu şərh edib.
Komanda.az xəbər verir ki, o, 1:0 hesabıyla qalib gəldikləri görüşdən sonra təşkil olunan mətbuat konfransında bunları söyləyib:
- Kubok matçı iki oyundan ibarətdi. “Neftçi”nin heyəti bəllidi, genişdi. Sevindirən odu ki, futbolçularım meydanda tapşırıqları düzgün yerinə yetirdi, sona qədər döyüşdülər. Biz də qol vura bilərdik, rəqib də. Vuruşmağa söz vermişik.
- Ötən oyunda səhv edən Elvin Bədəlovu yenidən əsas heyətdə oynatmaq riskli addım deyildi?
- Futbol səhvlərin üzərində qurulub. Tək Bədəlov yox, başqa oyunçular da səhvlər edir. Sonra onlara inandığımı deyirəm. “Zirə” ilə 2:2 hesablı oyundan sonra Peyman Babaeini “xalq düşməni” elan etmişdilər. Ancaq sonra özünü sübut etdi. Səhv edən futbolçulara yenidən dəstək olub, onlara inandığımızı deyirəm. Bu gün də Elvin Bədəlov ən yaxşılardan idi.
- Şansları necə görürsüz?
- “Neftçi” güclü rəqibdi. Yaxşı futbolçulardan ibarət heyəti var. Bir az üstünlüyümüz varsa, istifadə edəcəyik. Ümumilikdə, şansları bərabər hesab edirəm.
- Əvvəl “Qarabağ”ı, sonra “Neftçi”ni udduz, belə uğurun sirri nədədi?
- “Qarabağ”a ilk məğlubiyyəti biz yaşatdıq. Belə oyunların futbolçuların inkişafında rolu böyükdü. Çalışıram ki, futbolçuları belə oyunlara maksimum kökləyim, rəqibdən çəkinməsinlər. Məni sevindirən odu ki, qol vurduq, daha bir neçə epizod da yaratdıq. Bu heyətin potensialı var. İnanıram ki, gələcəkdə daha yaxşı yerlərdə olacaqlar.
Şahin Cəfərov
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin