Haland transfer iddialarından danışdı
“Zalsburq”un futbolçusu Erlinq Haland haqqında çıxan transfer iddialarıyla bağlı danışıb.
Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, Çempionlar Liqasında “Liverpul”la qarşılaşacaqları oyundan əvvəl açıqlama verən 19 yaşlı hücumçu, sadəcə futbol oynamağı düşündüyünü deyib:
“Mən sadəcə işimə diqqət etmək istəyirəm. Mənim işim futbol oynamaqdır. Hər gün etdiyimdən zövq almaq istəyirəm. Hazırda bütün fikrim “Zalsburq”dadır. Buna görə də, transfer iddiaları mənə təsir etmir. Mən futbol oynamaqdan zövq alıram”.
Bu mövsüm 21 oyuna 28 qol vuran Halandla “Real”, “Barselona”, “Mançester Yunayted”, PSJ, “Yuventus”, “Leyptsiq” kimi klublar yaxından maraqlanır.
Çempionlar Liqasının qrup mərhələsinin sonuncu – 6-cı turu çərçivəsində keçiriləcək “Zalsburq” – “Liverpul” matçı bu gün, saat 21:55-də start götürəcək.
Bizi Facebook-da izləyin