Spaletti üçün son şans

“İnter”in baş məşqçisi Luçano Spaletti vəzifəsindən göndərilə bilər.

Komanda.az xəbər verir ki, bu barədə İtaliya mətbuatı məlumat yayıb.

Xəbərdə, “İnter”in A Seriyasının 22-ci turunda öz meydanında “Bolonya”ya 0:1 hesabıyla məğlub olduğu oyundan sonra klubun idman direktoru Cüzeppe Marottanın Spalettiylə görüşdüyü bildirilib.

“İnter” 23-cü turda keçiriləcək “Parma”yla matçda da xal itirəcəyi təqdirdə, Spalettiylə yolların ayrılacağı gözlənilir.

Milan təmsilçisi A Seriyasında son üç oyunda “Sassuolo”yla 0:0 hesablı heç-heçə edib, “Torino” və “Bolonya”ya isə 0:1 hesabıyla məğlub olub.

“İnter” 22 turdan sonra 40 xalla 3-cü pillədə qərarlaşıb.

“Parma” – “İnter” matçı fevralın 9-da, saat 23:30-da start götürəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button