“Ümid edirəm ki, bir gün ora qayıdacam” – Rakitiç

“Barselona”dan ayrılacağı iddia olunan İvan Rakitiç açıqlama verib.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, xorvatiyalı futbolçu, Kataloniya təmsilçisindən ayrılacağı halda, “Sevilya”ya getmək istədiyini deyib:

“Barselona”dan ayrılsam, ilk seçimim “Sevilya”ya qayıtmaq olacaq. Hər zaman demişəm, keçmiş komandalarımdan hansınasa qayıtsam, bu, “Sevilya” olar.

Ümid edirəm ki, bir gün ora qayıdacam. Hazırda klubun vəziyyəti yaxşıdır və yaxşı da nəticələri var. Hər şeydən əlavə, “Sevilya” formasını geyinmək qürurvericidir”.

2011-2014-cü illər aralığında “Sevilya”da forma geyinən Rakitiç, 2014-cü ildə 18 milyon avroya “Barselona”ya keçib. Onun Kataloniya təmsilçisi ilə müqaviləsi 2021-ci ilin yayına qədərdir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button