İbrahimin oğlu “Dinamo”da
“Bakı”nın keçmiş futbolçusu İbrahim Karqbonun oğlu İbrahim Karqbo Junior karyerasını Ukraynada davam etdirəcək.
Komanda.az xəbər verir ki, 19 yaşlı hücumçu “Dinamo” klubuna transfer olunub. Bu barədə Kiyev təmsilçisinin rəsmi saytı xəbər yayıb. Karqbo ilə 3,5 illik müqavilə imzalanıb.
Belçikanın U-19 yığmasının üzvü olan Karqbo son olaraq bu ölkənin “Roselar” klubunda forma geyinib. Hücumçu noyabrdan işsiz idi.
Bu ilin aprelində karyerasını bitirən İbrahim Karqbo 2010-2013-cü illərdə “Bakı”da çıxış edib. Onun son klubu İngiltərənin “Dulviç Hamlet” komandası olub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin