“Yuventus” türkə 50 milyon avro qiymət qoydu
İtaliyanın “Yuventus” klubu son vaxtlar bir neçə klubun maraq dairəsində olan Merih Demiralın transfer qiymətini müəyyənləşdirib.
Komanda.az İtaliya mətbuatına istinadən xəbər verir ki, “qoca sinyora” “Mançester Yunayted”, “Arsenal” və “Milan” kimi klubların maraq dairəsində olan türkiyəli futbolçuyla bağlı qərarını verib. Turin təmsilçisi futbolçunun təzminat məbləğini 50 milyon avro olaraq müəyyənləşdirib.
“Arsenal” və MY-nin 21 yaşlı futbolçu üçün 40 milyon avro ödəməyə hazır olduğu, “Milan”ın isə Demiralı icarə əsasında heyətinə qatmaq istədiyi bildirilir.
Demiral 18 milyon avroya “Sassuolo”dan transfer olunduğu “Yuventus”da cəmi 1 oyunda meydana çıxıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin