“Əvvəlcə “Lester”i, daha sonra “Liverpul”u keçməliyik”
“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola İngiltərə mətbuatına açıqlama verib.
Komanda.az xəbər verir ki, ispan mütəxəssis, Premyer Liqadakı çempionluq yarışından da danışıb:
“Qarşımızda çox oyun olduğunu düşünmürəm. Əvvəlcə “Lester”i, daha sonra “Liverpul”u keçməliyik. Hər üç gündən bir fərqli turnirlərdə oynayırıq. Hər oyun üçün ideal 11-lik seçib, qələbə qazanmağa çalışıram.
Futbolçularıma heç vaxt əsəbi olmaram. Oyunda nə olsa, həqiqətləri deyirəm. Bunları demək mənim borcumdur. Yaxşını yaxşı, pisi pis deyirəm”.
“Mançester Siti” hazırda Premyer Liqada 28 xalla 3-cü sırada qərarlaşıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin