Paşayev “Volfsburq”a qarşı 90 dəqiqə oynadı

Futbol üzrə Avropa Liqasında qrup mərhələsinin 5-ci turunun oyunları keçirilib.

Komanda.az xəbər verir ki, Azərbaycan yığmasının müdafiəçisi Pavel Paşayevin formasını geyindyi “Aleksandriya” da bu turnirdə növbəti matçına çıxıb.

Sözügedən kollektiv doğma meydanda Almaniyanın “Volfsburq” klubu ilə qarşılaşıb. Futbolçumuzun komandası bu görüşdən məğlubiyyətlə ayrılıb – 0:1.

Paşayev də bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb. Millimizin üzvü 45-ci dəqiqədə sarı vərəqə ilə də cəzalanıb.

“Aleksandriya” 5 oyuna topladığı 3 xalla sonuncu pillədə qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button