İtmiş təyyarə tapıldı

Fransanın “Nant” klubundan İngiltərə Premyer Liqa təmsilçisi “Kardiff Siti”yə transfer olunan Emiliano Salanı Böyük Britaniyaya aparan təyyarənin yoxa çıxdığını xəbər vermişdik.

Komanda.az xəbər verir ki, yanvarın 22-dən başlayan axtarışlardan sonra argentinalı hücumçunu aparan təyyarə tapılıb. Bu barədə İngiltərə mətbuatı məlumat yayıb. Xəbərdə, təyyarənin La-Manş yatağının dərinliklərində tapıldığı bildirilib. Salanın da ailəsinə bu barədə məlumat verilib. Futbolçunun ölü və ya diri olması barədə məlumat yoxdur.

Sala “Kardiff Siti”yə 15 milyon funt-sterlinqə transfer edilmişdi. O, müqavilə imzaladıqdan sonra yarımçıq qalan işlərini həll etmək üçün Nant şəhərinə qayıtmışdı. Lakin yanvarın 21-də pilot David İbbotson idarə etdiyi ABŞ istehsalı olan “Piper-P46 Malibu” markalı təyyarə La-Manş boğazında radardan itmişdi. Yanvarın 24-də isə Qernzi liman kapitanı David Berker hansısa insan övladının ilin bu vaxtı suda yaşamaq ehtimalının olmadığını bildirirərək, üç gün davam edən axtarışları dayandırdıqlarını demişdi.

David Mirns tərəfindən idarə edilən xüsusi maliyyələşdirilmiş axtarış baş tutdu və təyyarə kanalın dərinliklərində tapıldı.

Emiliano Sala “Nant”da 117 oyuna 42 qol vurmuşdu. O, “Kardiff Siti”nin ən bahalı transferi kimi klub tarixinə düşmüşdü.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button