Rıbka: “Hamı qələbə yoluna qayıtmaq üçün çalışır”
“Səbail”in zədədən yenicə qayıdan qapıçısı Aleksandr Rıbka uzun fasilədən sonra rəsmi oyuna çıxması ilə bağlı fikirlərini bölüşüb.
Komanda.az xəbər verir ki, o, klubun mətbuat xidmətinə açıqlamasında bunları söyləyib:
“Zədədən sonra oyuna qayıtmağıma çox şadam. Bu, tamamilə xüsusi hissdir. İndi fikirlərimiz ancaq “Neftçi” ilə növbəti oyunumuza bağlıdır. Komandada hamı qələbə yoluna qayıtmaq üçün çalışır”.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin