“Futbolçuların zəhmətinə çox təəssüfləndim” – Terim

UEFA Çempionlar Liqasının qrup mərhələsinin 5-ci turu çərçivəsində “Brügge” ilə 1:1 hesablı bərabərliyə razılaşan “Qalatasaray”ın baş məşqçisi Fatih Terim açıqlama verib.

Komanda.az klubun rəsmi saytına istinadən xəbər verir ki, türkiyəli mütəxəssis, oyunla bağlı bunları deyib:

“Oyunda ikinci qolu da vura bilərdik, xüsusilə də, ilk hissədə belə şanslarımız oldu. Hesabı 2:0 etmədiyimiz hər oyun təhlükəlidir. Buna layiq deyildik. Həvəslə, istəklə, mübarizəylə keçən bir oyun vardı. Futbolçularım da çox yaxşı mübarizə apardı. Artıq edəcək heç nə yoxdur, son oyuna qədər mübarizə aparacağıq. Futbolçuların zəhmətinə çox təəssüfləndim. Bəlkə də, qolu daha tez buraxsaydıq, reaksiyamız fərqli olardı”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button