Yemək almağa pulu yoxdur – “Qarabağ”ın keçmiş futbolçusunun

“Qarabağ” klubunun və Latviya millisinin sabiq futbolçusu Andrey Rubinin maddi durumu çox ağırdır.

Komanda.az xəbər verir ki, bu barədə “Metta” futbol klubunun baş katibi Qirts Mixelsons özünün “tvitter” hesabında yazıb. Mixelsons Rubinin yemək almaq üçün pul tapa bilmədiyini bildirib:

“Rubinin milli komandadakı əla karyerasından sonra həyatı enişə doğru getdi. Bir neçə klub və dostları Andreyin əməliyyat olunmasına yardım etdilər. Hazırda Rubin yaşamaq üçün pul tapa bilmir”.

O, keçmiş futbolçunun bank hesabının nömrəsini yazaraq, ona kömək göstərilməsini xahiş edib.

Rubin Azərbaycanda “İnter” (2008-2010), “Qarabağ” (2010-11) və “Simurq”da (2011-2012) forma geyinib. O, karyerasını 2012-ci ildə bitirib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button