Mourinyo: 6 fərqli klubla…
UEFA Çempionlar Liqasının qrup mərhələsinin 5-ci turu çərçivəsində “Olimpiakos”a 4:2 hesabıyla qalib gələn “Tottenhem” pley-offa vəsiqə qazanıb.
Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, bu nəticəylə, londonluların baş məşqçisi Joze Mourinyo turnirin tarixinə düşüb. Belə ki, portuqaliyalı məşqçi, 6 fərqli klubla Çempionlar Liqasının qrup mərhələsini geridə qoyan ilk mütəxəssis olub. Mourinyo “Tottenhem”ə qədər “Portu”, “Çelsi”, “İnter”, “Real” və “Mançester Yunayted”lə turnirin pley-off mərhələsinə vəsiqə qazanıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin