“Bavariya” məni istədi, ancaq…” – Türk futbolçu

“Milan”ın futbolçusu Hakan Çalhanoğlu açıqlama verib.

Komanda.az xəbər verir ki, Almaniya mətbuatına danışan türkiyəli yarımmüdafiəçi, “Bavariya”dan təklif alacağı halda, hansı qərarı verəcəyini açıqlayıb:

“Almaniyada böyüdüm, ancaq insanlarla italyanca danışmağı sevirəm. “Bavariya”, “Borussiya” (Dortmund) kimi klublarda forma geyinmək istərdim.

2014-cü ildə “Bavariya” məni istədi, ancaq o zaman komandada Frank Riberi və Aryen Robben kimi futbolçular var idi. Həmin vaxt təklifi rədd etmək çətin oldu. Amma indi təklif gəlsə, rədd etmərəm”.

Hakan 2017-ci ildə 23 milyon avro qarşılığında “Bayer”dən “Milan”a keçib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button