PSJ-də Mbappe narahatlığı- Neymar qayıtdı

PSJ Fransa Liqa 1-in 14-cü turunda “Lill”lə qarşılaşacaq.

Komanda.az xəbər verir ki, Paris təmsilçisi sözügedən qarşılaşmaya Kilian Mbappesiz çıxa bilər. Bu barədə “Lequipe” nəşri məlumat yayıb. Xəbərdə, yüksək hərarəti olan hücumçunun “Lill”lə oyunda iştirakının sual altında olduğu bildirilir.

PSJ-də bir müddətdir ki, zədədən əziyyət çəkən Neymar artıq sağalıb və baş məşqçi Tomas Tuxelin şans verəcəyi təqdirdə, oynamağa hazırdır.

Sabah keçiriləcək PSJ – “Lill” matçı saat 23:45-də start götürəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button