AÇ-2020-nin son 4 yeri uğrunda mübarizə aparacaq komandalar
AÇ-2020-yə son 4 vəsiqə uğrunda Millətlər Liqasında pley-off mərhələsində mübarizə aparacaq komandalar müəyyənləşib.
Komanda.az xəbər verir ki, bunlar İslandiya, Bosniya və Herseqovina, Slovakiya, İrlandiya, Şimali İrlandiya, Şotlandiya, Norveç, Serbiya, Bolqarıstan, İsrail, Macarıstan, Rumıniya, Gürcüstan, Şimali Makedoniya, Kosova və Belarus yığmalarıdır.
Bu komandalar A, B, C və D yolunda yarımfinal və final oyunlarında iştirak edəcəklər. Qruplar 4 komandadan ibarət olacaq və onlardan ən güclüsü AÇ-2020-nin final mərhələsinə vəsiqə qazanacaq.
B yolunda yarımfinallarda Bosniya və Herseqovina Şimali İrlandiya ilə, Slovakiya isə İrlandiya ilə qarşılaşacaq. Azərbaycan millisinin yer aldığı D yolunda 3-cü qrupun qalibi olan Kosovo Şimali Makedoniya ilə üz-üzə gələcək. Gürcüstan isə Belarusla görüşəcək.
C yolunda Norveç Serbiya ilə qarşılaşacaq. Şotlandiyanın rəqibi isə püşkdən sonra müəyyənləşəcək. Rəqib Bolqarıstan, İsrail, Macarsıtan və Rumıniya ola bilər. Qalan üç komanda isə İslaniya ilə birgə A yolunda yer alacaqlar. Burda da rəqiblər püşkə əsasən bəlli olacaq.
Yarımfinallar gələn il martın 26-da, final matçları isə 31-də keçiriləcək.
A yolu
İslandiya – Bolqarıstan/Macarıstan/İsrail/Rumıniya
Bolqarıstan/Macarıstan/İsrail/Rumıniya – Bolqarıstan/Macarıstan/İsrail/Rumıniya
B yolu
Bosniya və Herseqovina – Şimali İrlandiya
Slovakiya – İrlandiya
C yolu
Şotlandiya – Bolqarıstan/Macarıstan/İsrail/Rumıniya
Norveç – Serbiya
D yolu
Gürcüstan – Belarus
Şimali Makedonya – Kosovo
Bizi Facebook-da izləyin