Türkiyə millisinin futbolçusu üçün 40 milyon avro

“Yuventus”da çıxış edən Türkiyə millisinin üzvü Merih Demirala bir neçə klubun diqqət göstərdiyi məlum olub.

Komanda.az xəbər verir ki, İtaliyanın “Tuttosport” nəşri 21 yaşlı futbolçu ilə “Mançester Yunayted”, “Arsenal”, “Milan” kimi klubların maraqlandığını yazıb. “Arselan” və MY-nin Demiral üçün 40 milyon avro ödəməyə hazır olduğu bildirilir. “Milan” isə “Yuventus”da elə də şans qazanmayan müdafiəçini icarə əsasında heyətinə qatmaq istəyir.

Demiral 18 milyon avroya “Sassuolo”dan transfer olunduğu “Yuventus”da cəmi 1 oyunda meydana çıxıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button