“Mourinyo üçün darıxıram” – MY-nin futbolçusu

İngiltərənin “Mançester Yunayted” klubunun müdafiəçisi Viktor Lindelöf keçmiş baş məşqçisi Joze Mourinyo ilə bağlı açıqlama verib.

Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, isveçli futbolçu, Mourinyo üçün darıxdığını deyib:

“Mourinyo mükəmməl bir insandır. Mənə bu komandada şans verdi. Onun sayəsində burdayam. Onun böyük xarizması var. Buna görə də, onunla birlikdə olmadıqda belə, ona hörmət edirik. O, hər şeyi qazanmağı bacardı. Mourinyo üçün darıxıram. O, dünyanın ən yaxşı baş məşqçilərindən biridir və böyük bir komandada çalışmağa layiqdir. Mourinyoya böyük hörmətim var”.

Mourinyo keçən ilin dekabrında “Mançester Yunayted”dən istefaya göndərilmişdi. Onu baş məşqçi postunda Ole-Qunnar Sulşer əvəzləyib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button