Vengerin yeni iş yeri bəlli oldu
İngiltərənin “Arsenal” klubunun sabiq baş məşqçisi Arsen Vengerin yeni iş yeri müəyyənləşib.
Komanda.az xəbər verir ki, 69 yaşlı fransalı mütəxəssis bundan sonra FİFA-da çalışacaq.
O, FİFA-nın dünya futbolunun inkişafı departamentinə direktor təyin olunub. Məlumatı qurumun mətbuat xidməti yayıb.
Qeyd edək ki, Venger 22 il çalışdığı London “Arsenal”ından ayrılandan, yəni 2018-ci ildən işsiz idi.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin