Misir yığmasında Salah şoku
Futbol üzrə Misir yığma komandası ciddi itki ilə üzləşib.
Komanda.az xəbər verir ki, sözügedən komandanın lideri Məhəmməd Salah zədəli olduğu üçün millinin düşərgəsini tərk etmək məcburiyətində qalıb.
“Liverpul”un şərəfini qoruyan Salah İngiltərə Premyer Liqası çərçivəsində “Mançester Siti”yə qarşı keçirdikləri oyun zamanı zədə almışdı. Zədəli halda millinin düşərgəsinə gedən hücumçunun Misir yığmasına kömək edə bilməyəcəyini müəyyənləşdirən həkimlər onun İngiltərəyə qayıtmasını məqsədəuyğun hesab ediblər. Ulduz futbolçunun zədəsinin sağalma müddəti açıqlanmır.
Qeyd edək ki, Misir yığmasını qarşıdakı günlərdə Afrika Kubokunun seçmə mərhələsi çərçivəsində Keniya və Komor adaları ilə oyunlar gözləyir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin