“Karyeramda iki il itirdim” – Mahrez

İngiltərənin “Mançester Siti” klubunun futbolçusu Riyad Mahrez karyerası və baş məşqçisi Pep Qvardiola ilə bağlı açıqlama verib.

Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, əlcəzairli futbolçu, “Lester”də iki il itirdiyini bildirib:

“Lester”in heyətində çempion olduqdan sonra hansısa böyük kluba getsəydim, hər şey fərqli olardı. Karyeramda iki il itirdim. 27 yaşda “Mançester Sti”yə transfer olunmaq əvəzinə, 24-25 yaşda böyük bir klubda forma geyinə bilərdim. Amma “Lester” transferə əngəl oldu.

Həmin dövrdə “Arsenal” da məni heyətində görmək istəyirdi. 2016-cı ildə “Arsenal”a transfer olunmağa çox yaxın idim, amma bu keçid alınmadı. Çox üzülmüşdüm”.

28 yaşlı futbolçu, Qvardiola ilə bağlı bunları deyib:

“Komanda daxilində hər şey fərqlidir. Komandada öz yeriniz uğrunda hər zaman mübarizə aparmalısız. Çünki bilirsiz ki, siz yaxşı oynamasaz, yerinizi başqası tutacaq. Baş məşqçi Qvardiola ilə anlaşmaq isə çox asandır. O, oyundan əvvəl hər şeyi bizə izah edir. Belə olan halda bizim üçün hər şey daha asan olur”.

2018-ci ildən “şəhərlilər”in şərəfini qoruyan futbolçunun klubla müqaviləsi 2023-cü ilədək nəzərdə tutulub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button