Ayxan Abbasov: “Bu gün iki xal itirdik”
“Sumqayıt”ın baş məşqçisi Ayxan Abbasov Azərbaycan Premyer Liqasının 10-cu turu çərçivəsində qarşılaşdıqları “Zirə” ilə oyunu şərh edib.
Komanda.az xəbər verir ki, o, 2:2 hesabıyla başa çatan matçdan sonra təşkil olunan mətbuat konfransında bunları söyləyib:
“Bizim üçün əhəmiyyətli oyun idi. Turnir cədvəlində yerimizi itirə bilərdik. Qalib gəlsəydik, irəliləyə bilərdik. Qol epizodlarından istifadə etsəydik, hesab böyük olacaqdı. Rəqib əks-hücumda qol vurdu. Əsas odu ki, futbolçular qarşılaşmada düşmədilər. Bu gün iki xal itirdik. Qarşıdakı oyunlara hazırlaşacağıq. Rəqibin başqa sxemdə oynamasını gözləyirdik. Onlara uğurlar arzulayıram. Baş məşqçilərin Zaur Həşimovu yaxşı tanıyıram”.
38 yaşlı mütəxəssis futbolçu Aleksey İsayevin çıxışı barədə də danışıb: “Onu əvəzedici heyətə göndərmişdik. Amma izləyirdik. Oyunçu istəklidi. Mənə dedi ki, hər şeyi unutmuşam və yaxşı oynamaq istəyirəm. O, tam formada deyil. Alekseyi 60-65 dəqiqə meydanda saxlamaq istəyirdim. Heç bir oyunçudan şikayətim yoxdu. Hamısından razıyam. İkinci yarıda daha çox qol epizodumuz oldu. Rəqib ilk yarıda bizi analiz etdi. Sonra istədiyimiz oyunu sərgiləyə bilmədik. Hücumlar yaxşı alınmadı. Birinci hissədə daha gümrah idik və hücumlar olurdu”.
Bizi Facebook-da izləyin