Paşayevin komandası “Şaxtyor”a ilk xal itkisini yaşatdı

Futbol üzrə Ukrayna Premyer Liqasında 12-ci turun oyunları keçirilib.

Komanda.az xəbər verir ki, Azərbaycan yığmasının müdafiəçisi Pavel Paşayevin formasını geyindyi “Aleksandriya” da növbəti matçına çıxıb.

Sözügedən kollektiv səfərdə lider Donetsk “Şaxtyor”u ilə qarşılaşıb. Futbolçumuzun komandası bu görüşdən heç-heçə ilə ayrılıb – 0:0.

Qeyd edək ki, bu, itkisiz irəliləyən “Şaxtyor”un cari mövsümdəki ilk xal itkisi olub.

Paşayev də bu görüşün iştirakçısı olub. O, 60-cı dəqiqədə meydana buraxılıb.

“Aleksandriya” 12 turdan sonra 20 xalla 12 kollektiv arasında 5-ci pillədə qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button