Ayxan Abbasov: “Azarkeşləri səbrli olmağa çağırıram”

“Sumqayıt”ın baş məşqçisi Ayxan Abbasovun Premyer Liqanın 9-cu turunda “Neftçi” ilə qarşılaşdıqları oyundan sonra mətbuat konfransı keçirilib.

Komanda.az xəbər verir ki, Abbasov, 2:4 hesabıyla məğlub olduqları oyunu belə şərh edib:

  • “Neftçi”ni təhlil etmişdik. Son vaxtlar yaxşı formada olduqlarını bilirdik. Ən çox da hücum xətti çox güclüdü. Onlara qarşı səhv etmək olmaz. İlk dəqiqələrdə qol vurduq, ancaq hissənin sonuna qədər hesabda geri düşdük. Diqqətsizlikdən qollar buraxdıq. Fasilədən sonra nəyisə dəyişmək istədik, ancaq yenə qapımızda toplar gördük. Qış fasiləsinə kimi belə davam edəcəyik. Çempionat ağır keçir. Növbəti oyunlara hazırlaşacağıq.
  • Matçdan sonra azarkeşlərlə söhbətiniz oldu. Nə danışırdız?
  • Məğlubiyyət onlara pis təsir edib. Azarkeşləri başa düşürəm və səbrli olmağa çağırıram. Çalışacağıq ki, növbəti oyunlarda onları sevindirək.

Şahin Cəfərov

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button