Noyer Kana çatdı

“Bavariya” Çempionlar Liqasının qrup mərhələsinin 3-cü turunda “Olimpiakos”u məğlub edib.

Komanda.az “Opta”ya istinadən xəbər verir ki, 3:2 hesabıyla bitən görüş Münhen təmsilçisinin qapıçısı Manuel Noyer üçün əlamətdar olub. Belə ki, Noyer 103-cü Çempionlar Liqası oyununa çıxıb. Noyer Almaniya millisinin və “Bavariya”nın keçmiş üzvü Oliver Kanın Çempionlar Liqasında ən çox oyun keçirən alman qapıçı rekorduna şərik olub. Hər iki oyunçunun aktivində 103 oyun var.

ÇL-də ən çox oyun keçirən isə sabiq alman müdafiəçi Filipp Lamdır. “Bavariya”nın sabiq üzvü turnir çərçivəsində 112 oyuna çıxıb. İkinci sırada isə 107 oyunla Tomas Müllerdir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button