“Sumqayıt”ın “üsyankar”ı geri döndü: “Peşmanam”
“Sumqayıt”ın yarımmüdafiəçisi Aleksey İsayev yayda bu klubdan ayrılsa da, özünə yeni iş yeri tapa bilmədiyi üçün yenidən bu komandaya qoşulub.
Komanda.az xəbər verir ki, adıçəkilən futbolçu klubun rəsmi saytına fikirlərini bölüşüb.
Açıqlamanı diqqətinizə çatdırırıq: “Etdiyim hərəkətə görə peşmanam. Düşünürəm ki, klubla aramda anlaşılmazlıq olmuşdu. Öz oyunumla baş verənləri unutdurmağa çalışacam. Futbol mənim həyatımdı, bu səbəbdən hər şeyi unutmaq istəyirəm. Baş verənlərə görə “Sumqayıt” ailəsindən üzr istəyirəm. Klub rəhbərliyi və məşqçi heyətinə məni anlayışla qarşıladığına görə təşəkkür edirəm. Əvvəlki formamı bərpa edib yenidən “Sumqayıt”a kömək etməyə çalışacam”.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin