Azərbaycanlı hakim “Yuventus”un oyununda
Azərbaycanlı FİFA referiləri – Rəhim Həsənov və Rauf Cabarov UEFA Gənclər Liqasının oyunlarına təyinat alıblar.
Komanda.az xəbər verir ki, Rəhim Həsənov oktyabrın 23-də keçiriləcək “Liepaya” (Latviya) – “Portu” (Portuqaliya) qarşılaşmasının baş hakimi olacaq. Ona Mübariz Haşımov və Rza Məmmədov kömək edəcək.
Rauf Cabarov isə noyabrın 6-da keçiriləcək “Lokomotiv” (Rusiya) – “Yuventus” (İtaliya) oyunun baş hakimi olacaq. Ona Namik Hüseynov və Pərvin Talıbov kömək edəcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin