Mançininin taleyinə aydınlıq gəldi
İtaliya milli komandasında baş məşqçi Roberto Mançininin gələcək taleyi məlum olub.
Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, İtaliya Futbol Federasiyası 54 yaşlı mütəxəssisin müqaviləsinin müddətini 2022-ci ilin sonuna qədər uzadacaq.
Hazırkı müqaviləsi 2020-ci ilin yayına qədər olan Mançini də yeni sözləşmə təklifini müsbət qarşılayıb.
AÇ-2020-nin seçmə mərhələsində J qrupunda mübarizə aparan İtaliya millisi 18 xalla birinci pillədə qərarlaşıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin