“Mançester Siti”dən özbək futbolçu ilə yeni müqavilə

Özbəkistan millisinin müdafiəçisi Abdukodir Xusanov “Mançester Siti” ilə müqaviləsinin müddətini uzadıb.

Komanda.az xəbər verir ki, bu barədə “şəhərlilər”in mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, 22 yaşlı futbolçu ilə imzalanan yeni sözləşmə 2031-ci ilin yayına qədər qüvvədə olacaq. Xusanovun əvvəlki müqaviləsi 2029-cu ilin yayında başa çatırdı.

Özbəkistanlı müdafiəçi 2025-ci ilin yanvarında Fransanın “Lans” klubundan 40 milyon avro transfer haqqı müqabilində “Mançester Siti”yə keçib. O, ötən mövsüm “Mançester Siti”nin heyətində bütün turnirlərdə 37 oyunda meydana çıxıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button