
Mareska “Mançester Siti”yə qarşı ittihamlara görə narahat deyil
“Mançester Siti”nin baş məşqçisi Enzo Mareska klubun maliyyə qaydalarını pozması ilə bağlı irəli sürülən 115 ittiham haqqında fikirlərini bölüşüb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, italiyalı mütəxəssis uzun müddət keçməsinə baxmayaraq, bu məsələ ilə bağlı heç bir dəyişikliyin baş vermədiyini bildirib:
“Yeganə deyə biləcəyim odur ki, üç il əvvəl, komanda trebl qazandığı mövsümdə də burada idim və o vaxt da eyni söhbətlər gedirdi. Üç il keçib, amma heç nə dəyişməyib.
Heç nə baş verməyib. Şəxsən mənim bununla bağlı heç bir narahatlığım yoxdur”.
Söhbət 2023-cü ilin fevralında Premyer Liqa rəhbərliyi tərəfindən “Mançester Siti”yə qarşı sürülən ittihamlardan gedir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



