
“Real” Rodri ilə razılığa gəlib
“Mançester Siti”nin yarımmüdafiəçisi Rodri “Real”la şəxsi müqavilənin şərtləri üzrə razılığa gəlib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, dünya çempionu hazırda Madrid klubunun “Mançester Siti” ilə transferin şərtləri barədə razılıq əldə etməsini gözləyir.
Rodri ötən mövsüm bütün turnirlərdə 33 oyunda meydana çıxıb və 2 qol vurub.
İspaniyalı yarımmüdafiəçinin “Mançester Siti” ilə müqaviləsinin müddəti 2027-ci ilin yayına qədər nəzərdə tutulub. “Transfermarkt” portalı onun dəyərini 50 milyon avro qiymətləndirir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



