Mourinyonun istəyi: Fransalı futbolçu satılsın, Rodri alınsın

“Real”ın baş məşqçisi Joze Mourinyo yarımmüdafiəçi Orelyen Tçuameninin “Mançester Yunayted”ə satılmasını istıəyir.

Komanda.az xəbər verir ki, bu barədə “The Sun” nəşri məlumat yayıb.

Portuqaliyalı mütəxəssis bu transferdən əldə olunacaq gəlirlə “Mançester Siti”nin yarımmüdafiəçisi Rodrinin keçidinin maliyyələşdirilməsini istəyir.

Bildirilir ki, “Mançester Yunayted” 26 yaşlı futbolçu ilə bağlı “Real”dan məlumat alıb. Transfer dəyəri 79,6 milyon avro qiymətləndirilən Tçuameninin xidmətində “qırmızı şeytanlar”ın baş məşqçisi Maykl Karrik maraqlıdır. İngiltərə klubu bu yay artıq iki yarımmüdafiəçi – Andrey Santos və Yuri Tilemansı heyətinə qatıb.

“Real” Rodrini transfer etmək üçün ciddi cəhd göstərir. İspaniya millisinin üzvünün “Mançester Siti” ilə müqaviləsinin müddəti 12 aydan sonra başa çatacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button