Müllerdən Messi tərəfdarlarını hirsləndirəcək iddia

“Bayern”in və Almaniya millisinin sabiq hücumçusu Tomas Müller, Lionel Messinin bəzi epizodlarda hakimlərdən üstün münasibət gördüyünü iddia edib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, 2010-cu il dünya çempionatının Almaniya – Argentina matçını xatırlayaraq bunu deyib:

“Argentina millisinə qalib gəlirdik və Messi yanımda idi. Həmin epizodda top əlimə dəydi və hakim tərəddüd etmədən mənə sarı vərəqə göstərdi. Yəqin ki, Messi orada olduğu üçün. Sanki o, hakimə “biz 0:2 hesabı ilə uduzuruq, xahiş edirəm, bizə birtəhər kömək edin” deyirdi”.

Almaniya millisi 2010-cu il dünya çempionatının 1/4 finalında Argentina yığmasını 4:0 hesabı ilə məğlub edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button