“Messi indiyə qədər gördüyüm ən yaxşı oyunçudur”

“Barselona”nın yeni transferi Kərim Adeyemi klubun sabiq hücumçusu, hazırda “İnter Mayami”də çıxış edən Lionel Messi haqqında fikirlərini bölüşüb.

Komanda.az “Mundo Deportivo”-ya istinadən xəbər verir ki, o, bunu deyib:

“Messi indiyə qədər gördüyüm ən yaxşı oyunçudur. O, mənim üçün həmişə bir nömrə olacaq. Ronaldinyoya baxmaq da böyük zövq idi. “Barselona” tarixində çoxlu möhtəşəm futbolçular çıxış edib”.

24 yaşlı futbolçu bu yay “Borussiya”dan (Dortmund) “Barselona”ya transfer olunub. O, Kataloniya klubu ilə müddəti 2031-ci ilin yayına qədər nəzərdə tutulan müqavilə imzalayıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button