Sabiq futbolçu Oliseyə kirayəyə verdiyi evi satışa çıxarır

“Bayern”in vingeri Maykl Olise tezliklə yeni ev tapmalı olacaq.

Komanda.az “Bild”-ə istinadən xəbər verir ki, fransalı futbolçu məzuniyyətdən qayıtdıqdan sonra Münhendə yeni yaşayış yeri axtarmağa başlayacaq.

Olise 2024-cü ilin sentyabrından etibarən “Bayern”in sabiq müdafiəçisi Jerom Boatenqə məxsus Qrünvalddakı villada kirayədə yaşayır. Həmin villa klubun stadionundan cəmi 10 dəqiqəlik məsafədə yerləşir.

Dəbdəbəli villada 10 otaq, fitnes zalı, ev kinoteatrı, şərab zirzəmisi, həmçinin, cakuzi, sauna və açıq hovuzdan ibarət istirahət zonası var. Ancaq Boatenq bu lüks mülkünü satışa çıxarmaq qərarına gəlib. Bu səbəbdən, Olise avqustun sonunadək villanı tərk etməli olacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button