
“Real”ın Mastantuono planı
“Real” vingeri Franko Mastantuononu icarəyə göndərməyə hazırlaşır.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, 18 yaşlı futbolçunun mümkün icarə müqaviləsində satınalma hüququ nəzərdə tutulmayacaq. Bu, yanvarda Endrikin “Lion”a icarəyə göndərilməsi zamanı tətbiq olunan modelə bənzəyəcək.
Mastantuononun transferində həm İspaniyadan, həm də xaricdən beşdən çox klub maraqlıdır.
Argentinalı futbolçu ötən mövsüm La Liqada 23 oyunda meydana çıxıb, 1 qol vurub. “Real” onu Argentinanın “River Pleyt” klubundan 63,2 milyon avro qarşılığında transfer edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



