Dambrauskas: “KuPS”la oyuna tam hazırıq”

“Sabah” UEFA Çempionlar Liqasının 2-ci təsnifat mərhələsinin ilk oyununda sabah “KuPS”u (Finlandiya) qəbul edəcək.

Komanda.az xəbər verir ki, oyundan bir gün əvvəl “bayquşlar”ın baş məşqçisi Valdas Dambrauskasın mətbuat konfransı keçirilib. Litvalı mütəxəssis oyuna tam hazır olduqlarını bildirib:

“Rəqimizə “xoş gəldin” demək istəyirəm və inanıram ki, onlar bizim qonaqpərvərliyimizi hiss edəcəklər.

Oyuna gəlincə, tam hazırıq. Bütün futbolçularımız yaxşı formadadır. Mərhələnin ilk qarşılaşmasıdır. İnanıram ki, sabah yaxşı nəticə qazanaraq, azarkeşlərimizi sevindirəcəyik.

Evdə oynayırıq, favoritik. Kağız üzərində kimsə üstün ola bilər, amma bunu meydanda sübut etmək lazımdır. Çempionlar Liqası yolu çox uzundur. Bu barədə danışmaq üçün hələ erkəndir. İcazə verin, sabahkı oyunumuza köklənək.

Rəqib daxili çempiontlarında 16 oyundan sonra öz optimal formasına çatıbsa, mən bunu bizim üçün deyə bilməyəcəm. Bu, çox vaxt özümüzdən asılıdır: necə heyət seçəcəyik, hansı taktiki düzülüşlə çıxış edəcəyik. Bu barədə danışmaq istəmirəm. İki oyundan ibarət mərhələdir. Nə qədər oynamağın önəmi yoxdur. Mən həmişə demişəm ki, qarşıdakı oyun bizim üçün vacibdir.

Əsas məqsədim komandamı oyunlara hazırlamaqdır. Hücumçularım var ki, ehtiyat oyunçular skamyasında oturur. Rəqabət normaldır. Yarımmüdafiəçilərim var həmçinin. Müdafiəçilər var ki, ehtiyatda qalırlar. Mən ən yaxşı 11-liy-i seçməliyəm ki, qalib gələk. Dəyişikliklər olması normaldır”.

“Sabah” – “KuPS” matçı Masazırdakı “Bank Respublika Arena”da keçiriləcək. Oyunun start fiti saat 20:00-da səslənəcək. Cavab matçı bir həftə sonra Finlandiyada olacaq.

Fəxri Rüstəmli

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button