Tramp: “Ölkəmlə və görülən işlə fəxr edirəm”

ABŞ prezidenti Donald Tramp 2026-cı il dünya çempionatının başa çatmasından sonra turnirlə bağlı fikirlərini bölüşüb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Şimali Amerikada iyunun 11-dən iyulun 19-dək keçirilən mundial barədə danışan Tramp, yarışın miqyasını yüksək qiymətləndirib:

“Düşünürəm ki, hər şey möhtəşəm idi. Bu turnir miqyasına görə FİFA-nın keçirdiyi istənilən tədbirdən bir neçə dəfə böyük idi. Ölkəmlə və görülən işlə fəxr edirəm. Bu, futbol tarixində keçirilən ən möhtəşəm tədbirlərdən biri idi. İnsanların bundan zövq almasına sevinirəm”.

DÇ-2026-nın finalında İspaniya və Argentina yığmaları üz-üzə gəlib. Luis de la Fuentenin rəhbərlik etdiyi İspaniya millisi 1:0 hesablı qələbə qazanaraq dünya çempionu olub. Bürünc medalları isə İngiltərə millisi əldə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button