Mourinyo 6 futbolçunu “Real”ın əsas oyunçusu sayır

“Real”ın yeni baş məşqçisi Joze Mourinyo qarşıdakı mövsümdə komandanın əsas heyətinin nüvəsini təşkil edəcək futbolçuları müəyyənləşdirib.

Komanda.az “Diario AS”-a istinadən xəbər verir ki, portuqaliyalı mütəxəssisin rəhbərliyi altında altı futbolçunun start heyətindəki yeri demək olar ki, təmin olunub. Bunlar Kilian Mbappe, Vinisius Junior, Çud Bellingem, Federiko Valverde, Tibo Kurtua və yay transferi Mark Kukurelladır.

Mourinyo bu ilin iyununun əvvəlində “Real”ın baş məşqçisi təyin olunub. O, ötən mövsümü titulsuz başa vuraraq, komandanı tərk edən Alvaro Arbeloanı əvəzləyib.

63 yaşlı mütəxəssisin Madrid klubu ilə müqaviləsinin müddəti 2029-cu ilin yayına qədərdir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button