Mbappe: “Deşam üçün ən yaxşı oyunumuzu keçirməyə çalışacağıq”

Fransa millisinin hücumçusu Kilian Mbappe dünya çempionatında üçüncü yer uğrunda keçiriləcək oyun öncəsi fikirlərini bölüşüb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Fransa yığmasının kapitanı komandanın baş məşqçisi Didye Deşam barədə yüksək fikirlər səsləndirib:

“Deşamın Fransa xalqı üçün ifadə etdiyi məna dəyişməyib. O, həm futbolçu, həm də baş məşqçi kimi möhtəşəm tarix yazıb. Onun qarşıda cəmi bir oyunu qalıb. Biz onun üçün ən yaxşı oyunumuzu keçirməyə çalışacağıq, çünki o, buna layiqdir. Azarkeşlərimiz də bu turniri qələbə və üçüncü yerlə başa vurmağımıza layiqdirlər”.

Fransa yığması dünya çempionatının yarımfinalında İspaniya millisinə 0:2 hesabı ilə uduzub. Komanda üçüncü yer uğrunda matçda İngiltərə millisi ilə üz-üzə gələcək. Qarşılaşma iyulun 19-da keçiriləcək və saat 01:00-da start götürəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button