Tottinin seçimi: DÇ-2026-nın ən yaxşı 5 futbolçusu

İtaliyalı sabiq hücumçu Françesko Totti 2026-cı il dünya çempionatında ən parlaq çıxış edən futbolçuların adlarını açıqlayıb.

Komanda.az xəbər verir ki, “Roma”nın sabiq hücumçusu “Fonbet”-in “YouTube” kanalına açıqlamasında Lionel Messi (Argentina), Kilian Mbappe (Fransa), Erlinq Haland (Norveç), Çud Bellingem və Harri Keyni (hər ikisi İngiltərə) xüsusi vurğulayıb:

“Əsas qəhrəmanlar Messi, Mbappe, Haland, Bellingem və Keyndir. Onlar nəticə qazandırdılar və yığmalarının mümkün qədər irəliləməsinə kömək etdilər”.

Dünya çempionatının finalında Argentina və İspaniya yığmaları üz-üzə gələcək. Qarşılaşma iyulun 19-da keçiriləcək və saat 23:00-da start götürəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button