“Barselona”nın prezidenti Rafinyanı günahlandırdı

“Barselona”nın prezidenti Xuan Laporta komandanın vingeri Rafinyanın zədələri ilə bağlı fikirlərini bölüşüb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, klub rəhbəri, braziliyalı futbolçunun son dönəmdə tez-tez zədələnməsinin komandaya mənfi təsir göstərdiyini bildirib:

“Rafinya mövsümün həlledici hissəsində tam hazır olsaydı, “Barselona” daha uğurlu nəticələr əldə edə bilərdi. Təəssüf ki, ötən mövsümün sonunda Rafinya La Liqa, UEFA Çempionlar Liqası və İspaniya kuboku uğrunda mübarizə apardığımız vaxt maksimum səviyyədə oynaya bilmədi. Düşünürəm ki, o, bu problemlərlə üzləşməsəydi, nəticələrimiz fərqli olardı”.

“Barselona” ötən mövsüm La Liqanın qalibi olub. Kataloniya təmsilçisi Çempionlar Liqasında 1/4 finalda, İspaniya kubokunda isə yarımfinalda mübarizəni dayandırıb. Komanda hər iki turnirdə “Atletiko”ya məğlub olaraq, mübarizədən kənarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button