
DÇ-2026: “İspaniya millisi hər matçda inkişaf edir”
“Barselona”nın sabiq futbolçusu Rivaldo İspaniya millisinin dünya çempionatının yarımfinalına yüksəlməsinə münasibət bildirib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, yarımmüdafiəçi Mikel Morinonun rolunu xüsusi vurğulayıb:
“İspaniya millisi üçün layiqli qələbə! Bu komanda hər matçda inkişaf edir. Həlledici rol oynayan Merinonu bir daha vurğulamaq istərdim. O, qələbə qolunu vurdu və komandanı yarımfinala çıxardı. İndi İspaniya millisi ilə Fransa yığması arasında oyunu səbirsizliklə gözləyirik. Bu, ən yüksək səviyyəli matç olacaq”.
İspaniya millisi 1/4 finalda Belçika yığmasını 2:1 hesabı ilə məğlub edərək yarımfinala yüksəlib. Komanda növbəti mərhələdə iyulun 14-də Fransa millisi ilə qarşılaşacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



