İtaliya millisinin baş məşqçi postuna əsas namizəd odur

İspaniyalı çalışdırıcı Pep Qvardiola İtaliya millisinin baş məşqçi postuna əsas namizədlərdən biridir.

Komanda.az “Gazzetta dello Sport”-a istinadən xəbər verir ki, Cennaro Qattuzonun ayrılmasından sonra İtaliya Futbol Federasiyası yeni baş məşqçi axtarışlarını davam etdirir. Namizədlər siyahısında ilk sırada məhz Qvardiola yer alır. Onunla yanaşı, Antonio Konte və Roberto Mançini də İtaliya millisinin baş məşqçi postuna namizəd göstərilir.

55 yaşlı Qvardiola “Mançester Siti”də çalışdığı dönəmdə 6 dəfə İngiltərə Premyer Liqası, 3 İngiltərə kuboku və UEFA Çempionlar Liqası da daxil olmaqla çoxsaylı titullar qazanıb.

Qvardiola, Konte və Mançininin hər üçü hazırda işsizdir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button