“Bizim Argentina millisindən daha yaxşı heyətimiz var” – Sabiq futbolçu

İngiltərə millisinin sabiq müdafiəçisi Qari Nevill 2026-cı il dünya çempionatının yarımfinalında Argentina yığması ilə keçiriləcək oyun barədə fikirlərini bölüşüb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, bunu söyləyib:

“Argentina millisinin mərkəz müdafiəçilərinin növünü nəzərə alsaq, sadəcə təsəvvür edə bilmirəm ki, onlara qarşı ən azı iki qol vurmayaq. Biz Argentina millisindən nisbətən daha sürətli və çevikik, həmçinin, daha yaxşı heyətimiz var”.

İngiltərə millisi ilə Argentina yığması arasında yarımfinal görüşü iyulun 15-də keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button