
Vinisiusun “Real”dan yeni maaş tələbi
“Real”ın hücumçusu Vinisius Juniorun yeni müqavilə danışıqları ilə bağlı növbəti tələbi məlum olub.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, 26 yaşlı futbolçunun yeni müqaviləsinin şərtləri son iki mövsümdür klub daxilində müzakirə mövzusudur. Onun hazırkı sözləşməsinin müddəti gələn ilin yayında başa çatacaq.
Məlumata görə, Vinisius yaxın vaxtlarda “Real”la yeni müqavilə danışıqlarını bərpa etməyə hazırlaşır. Ancaq tərəflər arasında hələ də ciddi fikir ayrılıqları qalır.
Braziliyalı hücumçu mövsümə görə təxminən 20 milyon avro əməkhaqqı tələb edir. Bu halda, o, maaş baxımından komandanın aparıcı oyunçuları Kilian Mbappe və Çud Bellingemlə eyni səviyyəyə yüksələcək. Ancaq Madrid klubunun hələlik bu şərtləri qəbul etməyə hazır olmadığı bildirilir.
Bizi Facebook-da izləyin



