
Fransalı futbolçu “Real”la razılığa gəlib
“Real”ın yarımmüdafiəçisi Orelyen Tçuameni klubu ilə yeni müqavilə bağlamaq barədə razılığa gəlib.
Komanda.az “RMC Sport”-a istinadən xəbər verir ki, fransalı futbolçunun yeni sözləşməsinin müddəti 2031-ci ilin iyununadək nəzərdə tutulub. Hazırkı müqavilənin müddəti isə 2028-ci ilin yayında başa çatacaqdı.
Tçuameni “Real”a 2022-ci ilin yayında “Monako”dan 80 milyon avro qarşılığında transfer olunub.
26 yaşlı yarımmüdafiəçi ötən mövsüm bütün turnirlərdə 49 oyunda iştirak edib, 2 qol vurub və eyni sayda məhsuldar ötürmə verib.
Tçuameni hazırda Fransa millisinin düşərgəsindədir. Komanda DÇ-2026-nın 1/4 finalında Mərakeş yığmasına qarşı keçiriləcək oyuna hazırlaşır. Futbolçu Paraqvay millisi ilə (1:0) 1/8 final matçını buraxdıqdan sonra yenidən komanda ilə məşqlərə qoşulub.
Bizi Facebook-da izləyin



